AZ

İmtahandan keçməyənlər bu universitetlərin məzunlarıdır - RƏSMİ

“Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi cəmi 44% təşkil edir".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün 2025-ci ilin yekununa dair  brifinqində deyib.

 O qeyd edib ki,Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2025-ci il tarixində təşkil olunan peşə tanınması imtahanında “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə iştirak edən namizədlərin 66%-i uğursuz nəticə əldə edib:

Belə ki, sözügedən ixtisas üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını Ukrayna üzrə Ukrayna Milli Mülki Müdafiə Universiteti; Rusiya Federasiyası üzrə isə Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universitetindən əldə edib".

Seçilən
9
cebheinfo.az

1Mənbələr