AZ

"Dördüncü pilləni yaxşı nəticə saymaq olar, amma məqsədimizə çatmaq üçün yetərli deyil"

"Kəpəz"lə matça yaxşı hazırlaşmışdıq. Qərb derbisi hər zaman maraqlı və çətin keçir. Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Şükürlər olsun ki, bunu bacardıq. Turnir cədvəlində 4-cü pillədəyik. Məncə, mövsümün birinci yarısı üçün yaxşı nəticə saymaq olar. Amma bu, indiki məqamda məqsədimizə çatmaq üçün yetərli deyil. Qış fasiləsində yaxşı hazırlaşıb, turnir cədvəlində daha da yuxarı pillələrdə yer almağa çalışacağıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un kapitanı Faiq Hacıyev deyib. Bölgə klubunun futbolçusu komandasının bir müddət lider olub, daha sonra 4-cü sıraya qədər enməsi barədə bunları bildirib:

"Düzdür, biz əvvəlki turlarda birinci pillədə idik. Amma futbolda belə hallar olur. Bunların hamısını analiz edəcəyik, nəyi düz etmişik, harada səhvə yol vermişik baxacağıq. Mövsümün ikinci yarısında səhv etmək şansımız çox azdır. Ona görə hər şeyə hazır olmalıyıq. Əlimizdən gələni edəcəyik, çempionluq uğrunda mübarizə aparacağıq. Əlimizi yanımıza salmamışıq, sona qədər bu mübarizənin içərisində qalmağa çalışacağıq".

O, legioner limitinin ləğvinə baxmayaraq, start heyətində daimi oynamasını bu cür şərh edib: "Hər zaman rəqabət olur. Mən də çalışıram ki, məşqçilər korpusunun etimadını qazanım. Əlimdən gələnin ən yaxşısını edəcəm ki, daha çox forma şansı qazanım. Komandama daha çox kömək etmək niyyətindəyəm".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
21
1
sportal.az

2Mənbələr