AZ

“AzParking”dən daha bir narazılıq: Müəllimlərə cərimələr gəlir

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakının Nərimanov rayonunda yerləşən 200 saylı məktəb-lisey kompleksinin müəllimləri təhsil ocağının qarşısında yaradılan “AzParking” zonasından narazılıqlarını bildirirlər.

KONKRET.az xəbər verir ki, onların sözlərinə görə, hər gün işə gedib-gəldikləri üçün avtomobillərini məktəbin qarşısında saxlayırlar və bunun müqabilində gündəlik 4-5 manat ödəniş edirlər.

Müəllimlərdən biri Baku TV-yə bildirib ki, ərazi onların xəbəri olmadan, heç bir elan verilmədən və avtomobillər siyahıya alınmadan “AzParking” zonası elan edilib: “Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir”.

Başqa bir müəllim isə məsələ ilə bağlı narazılığını belə ifadə edib:

“Həftənin beş günü 40 manat ödəsəm, ayın sonunda bu, kifayət qədər böyük məbləğ edir. “AzParking” əməkdaşlarına şikayət etdikdə “ictimai nəqliyyatdan istifadə edin” cavabını alırıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
10
konkret.az

10Mənbələr