AZ

Kürdəmir rayonunda 55 yaşlı məhkəmə sədri vəfat etdi

Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov bu gün vəfat edib.
 
Moderator.az Gununsesi.info-ya istinadla xəbər verir ki, 55 yaşlı hakimin onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi deyilir.
 
Qeyd edək ki, Marif Kazımov 18 il məhkəmə hakimi kimi çalışıb.
 
O, 2007-11-ci illərdə Binəqədi Rayon Məhkəməsinin hakimi, 2011-25 illərdə Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri, 2025-ci ildən isə Kürdəmir Rayon Məhkəməsinin sədri kimi fəaliyyət göstərib.
Seçilən
34
4
moderator.az

10Mənbələr