Dekabrın 1-nə Azərbaycanda olan ödәniş kartlarının ümumi sayı 21 min 835 ədəd təşkil edib.
"Cebheinfo.az" Mərkəzi Banka istinadən xəbər verir ki, ödəniş kartlarının 3 milyon 398 min ədədi sosial kartların, 2 milyon 935 min ədədi əməkhaqqı kartlarının, 2 milyon 97 min ədədi isə kredit kartlarının, 13 milyon 404 min ədədi isə digər debet kartların payına düşüb.
İlin əvvəlindən sosial kartların sayı 0,8 faiz, əməkhaqqı kartlarının sayı 2,3 faiz artıb. Kredit kartlarının sayı isə əksinə, ilin əvvəlinə nisbətən 6,6 faiz azalıb.
Qeyd edək ki, noyabrda Azərbaycanda debet kartları vasitəsilə 11 milyard 360 milyon manat həcmində 197 milyon 81 min əməliyyat, kredit kartları vasitəsilə isə 685 milyon manat həcmində 11 milyon 941 min sayda əməliyyat aparılıb.
"Cebheinfo.az"