AZ

“Hayakve”: Avropa Ermənistandakı repressiyalara göz yumur – ÖZƏL

"Hayakve" siyasi təşəbbüsü Avropa strukturlarını Ermənistandakı siyasi təqiblərə qarşı səssiz qalmaqda və ikili standartlar tətbiq etməkdə ittiham edib.

Olaylar.az xəbər verir ki, təşəbbüsün yaydığı bəyanatda bildirilir ki, ölkədə demokratiya normalarının kütləvi şəkildə pozulması və kilsəyə qarşı görünməmiş hücumlar fonunda beynəlxalq təşkilatların susqunluğu mövcud hakimiyyətə əlavə özünəinam verir.

Məlumata görə, hərəkat nümayəndələri Erməni İnqilabi Federasiyası (Daşnaksütun) üzvləri ilə görüş keçiriblər. Görüş zamanı tərəflər hakimiyyətin hərəkətlərinə müqavimət göstərmək və ölkədəki bütün "sağlam qüvvələri" birləşdirmək məqsədilə əməkdaşlıq barədə razılığa gəliblər.

Siyasi qüvvələr digər maraqlı tərəfləri də cəlb etməklə müzakirələri davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr