AZ

ADPU da “Danışan Qəlblər” adlı işarə dili dərsləri yekunlaşıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) danışma və eşitmə qabiliyyəti məhdud olan şəxslərlə ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən “Danışan Qəlblər” adlı işarə dili dərslərinin yekunlaşması ilə bağlı görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tələbələr seminar dərsləri çərçivəsində əldə etdikləri bilik və praktiki bacarıqlar əsasında işarə dili ilə müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər. Təqdimatlar hərflər, ailə anlayışı, gündəlik ünsiyyət, rənglər, meyvələr, nəqliyyat, hava durumu, peşələr və digər mövzuları əhatə edib.

Tədbirdə ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və şöbənin baş mütəxəssisi İsmayıl Nəsirov dərslərin əhəmiyyəti, tələbələrin qazandıqları bilik və bacarıqlar, eləcə də bu istiqamətdə gələcək fəaliyyət imkanları barədə tələbələrlə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda dərslərdə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
azertag.az

1Mənbələr