AZ

“İstanbul Klinika”da yoxlama - Qanunsuzluqlar aşkar edildi

"İstanbul Klinika" Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılıb.

Olaylar.az xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, keçirilmiş plandan kənar yoxlama zamanı klinikada lisenziyadan kənar dermatoloji iş və faəliyyətlə məşğul olunması, sertifikatsız praktiki tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilib.

Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta törədilib və protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə klinikaya 7 min manat cərimə yazılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
5
olaylar.az

6Mənbələr