AZ

Bu ərazilərdə işıq olmayacaq

Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

KONKRET.az bildirir ki, “Azərişıq” bu barədə məlumat yayıb.

Dekabrın 26-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 13:00-dan 18:00-dək Ramana qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələrlə məhdudiyyət yaranacaq.

“Təmir işləri yekunlaşdıqdan sonra yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunub

Seçilən
89
11
konkret.az

10Mənbələr