AZ

Elektron siqaretlərə məhdudiyyət “qara bazar” riski yaratmamalıdır - Deputatdan təklif

Azərbaycanda orta məktəblərin yuxarı sinif şagirdləri arasında elektron siqaret asılılığının artması utancverici haldır və bu prosesə nəzarət mexanizmləri gücləndirilməlidir. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentdə çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, elektron siqaretlərlə bağlı nəzərdə tutulan məhdudiyyətlərin tətbiqi “qara bazar”ın formalaşması riskini artırır və bu təhlükə əvvəlcədən nəzərə alınmalıdır. Onun sözlərinə görə, sahibkarların anbarlarında qalan məhsulların dövlət tərəfindən alınması və ya dəymiş ziyanın qismən kompensasiya edilməsi mümkün variantlardan biridir.

Alternativ olaraq, deputat satıla bilməyən məhsulların əlavə gömrük ödənişləri olmadan digər ölkələrə ixracına və ya istehsalçıya geri qaytarılmasına şərait yaradılmasını təklif edib.

Həmzəyev bildirib ki, qanunun 5-ci maddəsində nəzərdə tutulan keçid müddətinin uzadılması da “qara bazar”a çıxış riskini azalda bilər, lakin bu müddətdən sui-istifadəyə yol verilməməlidir. Onun sözlərinə görə, qanunvericilikdə dəyişiklik olacağını bilən bəzi sahibkarların süni şəkildə böyük həcmdə sifariş verməsi ehtimalı da mövcuddur və bu baxımdan Dövlət Gömrük Komitəsi və digər aidiyyəti qurumlar nəzarəti gücləndirməlidirlər.

“İstənilən halda, insan sağlamlığı üçün təhlükəli olan bu məhsulların ‘qara bazar’ının yaranmasına imkan verməməliyik”, – deputat vurğulayıb.

Gülnar Nazimqızı 

Seçilən
23
1
anews.az

2Mənbələr