Ajans.az xəbər verir ki,bu barədə TRT Haber məlumat yayıb. Məlumata görə, adı açıqlanmayan 14 futbolçudan başqa, İstanbulun “Qalatasaray” klubunun keçmiş baş direktoru Erden Timur də daxil olmaqla daha 15 nəfər üçün həbs qərarı verilib. Şübhəlilər komandalarına qarşı mərc oyunlarında iştirak etməkdə ittiham olunurlar. Xatırladaq ki, 13 noyabrda Türkiyə Futbol Federasiyası (TFF) 102 futbolçunu idman mərclərinə görə cəzalandırıb. Tətbiq olunan cəzalar minimum 45 gündən, maksimum isə bir ilədək olub. Qalmaqala hakimlər də qarışıb. 1 noyabrda TFF Peşəkar Futbol İntizam Şurası idman mərclərində günahkar bilinən 149 peşəkar futbol hakiminə sanksiya tətbiq edib. Onlar 8 aydan 12 aya qədər diskvalifikasiya olunublar. Hadisələr Türkiyə futbolunda qanunsuz mərc oyunlarına qarşı ciddi tədbirlərin davam etməsinin göstəricisi kimi qiymətləndirilir.