AZ

Zelenski təcili Trampla görüşəcək: Nə baş verir? KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ilin sonuna qədər ABŞ Prezidenti Donald Trampla görüşmək üçün onun iqamətgahına təcili səfər edə bilər.

KONKRET.az bildirir ki, Zelenskinin sözlərinə görə, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ tərəfi ilə növbəti təmaslar barədə məlumat verib.

“Heç bir günü boşa vermirik. Yaxın günlərdə Prezident Trampla yüksək səviyyəli görüş barədə razılıq əldə etmişik. Yeni ilə qədər çox şey həll oluna bilər,” – deyə Zelenski vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
50
konkret.az

10Mənbələr