AZ

Rusiya Odessa üçün “cəhənnəm” yaradıb: Şəhəri görənlər şok keçirir

Son iki həftə ərzində Rusiya Ukraynanın ən böyük dəniz limanı olan Odessaya hücumları kəskin şəkildə artırıb. Şəhər demək olar ki, fasiləsiz pilotsuz uçuş aparatları və raket zərbələrinə məruz qalır. Bu hücumlar bütün müharibə dövründə ən intensivlərindən hesab olunur.

KONKRET.az-ın xəbərinə görə, The New York Times yazır ki, bu zərbələr nəticəsində Odessa sakinləri günlərlə işıqsız, istiliksiz və susuz qalırlar. Jurnalistlər 64 yaşlı Tatyana Rıbakın hekayəsini təqdim edir: o, xəstəlik səbəbindən təkbaşına hərəkət edə bilmir və sığınacağa enə bilmir. Hücumlar zamanı o, mənzilində qalır və ona yeddinci mərtəbəyə suyu sosial işçilər gətirirlər.

Şəhər sakinlərinin sözlərinə görə, psixoloji gərginlik dözülməz həddə çatıb. Partlayış dalğaları binaları silkələyir, sirenlər saatlarla dayanmaq bilmir, lakin hamının sığınacaq imkanı yoxdur. Ukrayna mənbələri hücumların intensivləşməsini Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanmasına” edilən zərbələrə cavab kimi qiymətləndirir. 12 dekabrdan bəri şəhər demək olar ki, fasiləsiz atəş altındadır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
36
1
konkret.az

2Mənbələr