AZ

Hindistan “boğulur”: COVID-19 pandemiyasından bəri ən böyük böhran başladı

Hindistanda havanın çirklənməsi, COVID-19 pandemiyasından sonra səhiyyə sahəsində ən böyük böhrana səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyada çalışan həkimlərin fikirlərinə istinadən Hindistanın PTI agentliyi məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, hava çirklənməsi tənəffüs yolları ilə bağlı geniş yayılmış və ciddi xəstəliklərə gətirib çıxara bilər ki, bu da Hindistanın səhiyyə sisteminə ağır zərbə vuracaq. Son on ildə ürək-damar xəstəliklərinin qlobal şəkildə yayılmasının əsas səbəblərindən biri kimi böyük şəhərlərdə nəqliyyat vasitələrinin atdığı zərərli maddələrin artması göstərilir.

IQAir monitorinq şirkətinin məlumatına görə, Nyu-Dehlidə havanın keyfiyyəti “çox zərərli” səviyyəyə çatıb. Əsas çirkləndirici PM2.5 hissəcikləridir. Bu hissəciklər qan dövranı və tənəffüs sistemləri üçün son dərəcə təhlükəlidir. PM2.5 mikroskopik ölçüdə olan qurum, avtomobil təkəri qırıntıları, qum, asfalt hissəciklərindən ibarətdir və azot və kükürd oksidlərindən də yarana bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
31
1
konkret.az

2Mənbələr