AZ

Deputat: “Xəstəxanalarda gördüyüm mənzərə ürəkaçan olmayıb”

“Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”da istifadəçilərin sayı 2 milyon nəfəri ötüb.  

“Mygov” platformasında istifadəçi sayının artmasına bir neçə əsas rəqəmsal funksionallıq ciddi təsir göstərib. Bu artımda “mygov ID” funksiyası xüsusi rol oynayıb. Bu funksiya vətəndaşlara QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə rahat və sürətli giriş imkanı yaradır.

 Bundan əlavə, “İcazələrin idarə edilməsi” funksiyası vətəndaşlara fərdi məlumat paylaşımına nəzarət imkanı verərək platformanı daha da istifadəçi yönümlü, təhlükəsiz və rahat edib. Eyni zamanda yeni istifadəyə verilmiş dövlət qurumlarına məktub göndərmək və almaq funksiyası da vətəndaş mərkəzli rəqəmsal xidmət təcrübəsini daha yüksək səviyyəyə çatdırıb”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, göründüyü kimi rəqəmsal hökumət və xidmətlərin təşkili həyatımızı asanlaşdırıb:

“İnanıram ki, 2026 - cı ildə rəqəmsal hökümət xidmətləri daha da genişlənəcək. Ümid edirəm ki, növbəti illərdə rəqəmsal sənəd dövriyyəsinə çıxış imkanları artırılacaq. Bununla kağıza, çap, poçt xərcələrinə və ən əsas vaxta xeyli qənaət etmiş olacağıq. Həmçinin qeyd edim ki, ASAN xidmətin fəaliyyəti və xüsusilədə elektron növbə sistemi uzun illərdir ki, nöqsansız işləyir.

Amma, bəzi qurumlar fərqli növbə sistemləri tətbiq edərək vətəndaşların problemlə üzləşməsinə səbəb olurlar. Özümüzdə tətbiq olunan və uğur qazanan rəqəmsal həllərə üstünlük versək daha yaxşı olar”. 

N.Həmzəyev əlavə edib ki, xəstəxana və poliklinikalarda da elektron növbə sistemlərinin tətbiqi geçikir:

“Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb. Müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkil edilməyə çalışılması effektiv deyil. “Mygov” platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəsisələrində  növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var. 

Ümid edirəm ki, adiyyatı qurumlar bu məsələlərin həllinə dair fəaliyyətlərini artıracaqlar”.

Seçilən
10
3
cebheinfo.az

4Mənbələr