AZ

“Araz-Naxçıvan” Elmar Baxşıyevi göndərdi: Rəsmi qərar

“Araz-Naxçıvan” klubu Elmar Baxşıyevlə yollarını ayırdığını açıqlayıb.

Publika.az xəbər verir ki, “ağ-qırmızılar” 45 yaşlı mütəxəssislə müqaviləyə xitam verib. Bu barədə qərar klubun İdarə Heyətinin iclasında verilib.

Toplantıda klubun qış fasiləsinə qədərki çıxışı müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb.

Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Seçilən
11
18
publika.az

10Mənbələr