AZ

Qaradağdakı qəzada xəsarət alanların vəziyyəti açıqlandı

Ötən gün Qaradağda avtobusların iştirakı ilə baş vermiş ağır qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. ​
Bu barədə Avtosfer.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. 
Bildirilib ki, dekabrın 25-i saat 09:00 radələrində Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərdən (4-ü qadın, 7-si kişi) 5 nəfərin müalicəsi tibbi müəssisəsində davam etdirilir. 
Onlardan 2 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. 6 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, araşdırma nəticəsində “Mercedes” markalı mikroavtobusun qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu məlum olub. Həmin mikroavtobusda olan şəxslərdən 3-ü həlak olub, daha 8 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
49
avtosfer.az

1Mənbələr