AZ

Sekuta: 2025-cu il Azərbaycan-ABŞ münasibətləri üçün çox vacib bir il oldu VİDEO

Vaşinqton, 25 dekabr, AZƏRTAC

2025-cu il Azərbaycan-ABŞ münasibətləri baxımından çox vacib bir il oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında razılaşmanın nə qədər vacib olduğu yüksək qiymətləndirilməlidir. “Düşünürəm ki, burada vacib olan məsələ əvvəlcə Azərbaycan və Ermənistanın sülh razılaşmasının bağlanması üçün bir-biri ilə bağlı gördüyü işlər, ikincisi isə ABŞ-ın Azərbaycan və Ermənistana bu işdə irəliləməkdə kömək etmək üçün çox fəal, müsbət rol oynamasıdır. Burada əsas məqam kimi avqustun 8-də imzalanmış razılaşmalar, həm də Azərbaycanın və Ermənistanın narahatlıqlarının həlli üçün yol tapmaq baxımından Trampın Beynəlxalq Sülh Və Rifah Marşrutu ideyası qeyd olunmalıdır. Əsas odur ki, biz bu işi davam etdirməliyik, Azərbaycan və Ermənistan bunu davam etdirməlidir. Mən artıq bunun əlamətlərini görürəm”, - deyə keçmiş səfir əlavə edib.

Sekuta bildirib ki, ABŞ-ın Mərkəzi Asiyaya artan marağı var və Azərbaycan Cənubi Qafqaz ölkəsi olsa da, Mərkəzi Asiyanın təhlükəsizliyinin, Orta Dəhlizin və bütün bunların inkişafının ayrılmaz bir hissəsidir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
126
34
azertag.az

10Mənbələr