
Tayland tankları və zirehli personal daşıyıcıları cümə günü Tayland Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələri ərazini şiddətlə bombaladıqdan sonra Kambocanın Bontey Myençe əyalətindəki Çukçey kəndinə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti Kamboca Milli Müdafiə Nazirliyinin sözçüsü general-leytenant Mali Soçheata istinadən məlumat yayıb.
Onun sözlərinə görə, 26 dekabr səhər tezdən Taylandın F-16 qırıcıları Çukçi kəndi ərazisində bir sıra hücumlar həyata keçirərək, kəndə təxminən 40 bomba atıb. Soçheat bildirib ki, kütləvi hava hücumlarından sonra Tayland silahlı qüvvələri kəndə piyada və zirehli texnika göndərərək suveren Kamboca ərazisinə qarşı təcavüzünü davam etdiriblər.
Məryəm Quliyeva