AZ

Milli Məclisdə xəstəxanalarda olan “növbə qırğını” məsələsi qaldırıldı

“ASAN” xidmətin fəaliyyəti və xüsusilədə elektron növbə sistemi uzun illərdir nöqsansız işləyir. Amma, bəzi qurumlar fərqli növbə sistemləri tətbiq edərək vətəndaşların problemlə üzləşməsinə səbəb olurlar. Özümüzdə tətbiq olunan və uğur qazanan rəqəmsal həllərə üstünlük versək daha yaxşı olar”. 

Ölkə.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentdə çıxışı zamanı deyib.

O vurğulayıb ki, xəstəxana və poliklinikalarda da elektron növbə sistemlərinin tətbiqi gecikir: “Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb. Müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkil edilməyə çalışılması effektiv deyil. “Mygov” platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəsisələrində növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var. 

Ümid edirəm ki, adiyyəti qurumlar bu məsələlərin həllinə dair fəaliyyətlərini artıracaqlar",- o qeyd edib.

Qeyd edək ki, xəstəxanalarda uzun zamandır növbə problemi həm onlayn mediada, həm də televiziya kanallarında işıqlandırılsa da məsələ olduğu kimi qalır. Xəstələr sıraya düşmək üçün qəbul şöbəsinin qarşısında az qala “növbə qırğını”na çıxmaq məcburiyyətində qalırlar.

Mürtəza

Seçilən
67
2
olke.az

7Mənbələr