AZ

I və II qrup əlilliyi olan veteranlara ŞAD XƏBƏR: Təqaüdləri artırıla bilər…

Müharibə veteranlarına verilən sosial ödənişlərin məbləği və mexanizmi ilə bağlı yeni yanaşma gündəmə gəlib. Maraqlıdır, müharibə veteranları ilə yanaşı, I və II qrup əlilliyi olan veteranlar üçün də fərqli məbləğ tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, belə bir qərarın verilməsi mümkündür və arzuolunandır.

Onun sözlərinə görə, vətəndaş kimi I və II qrup əlilliyi olan veteranlar üçün xüsusi məbləğin tətbiq edilməsi məqsədəuyğun olardı:

“Hazırda müxtəlif ödənişlər mövcuddur və bunlar pərakəndə şəkildə həyata keçirilir. Yaxşı olardı ki, bütün bu vəsaitlər bir mərkəzdə cəmlənsin”.

Ekspert qeyd edib ki, Nazirlər Kabinetinin vahid qərarı ilə bu məsələ birdəfəlik həll oluna bilər:

“Bu halda veteranlarımız üçün nə qədər məbləğ ayrıldığı aydınlaşar və onlar bunu əvvəlcədən bilərlər. Bu, həm şəffaflıq, həm də sosial təminat baxımından daha düzgün yanaşmadır”.

N.Cəfərli əlavə edib ki, belə bir mexanizmin tətbiqi müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılmasına müsbət təsir göstərər.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
49
3
konkret.az

4Mənbələr