AZ

"Dəfələrlə xəstəxanalarda olmuşam, gördüyüm mənzərə ürəkaçan olmayıb" - Deputat

"Xəstəxana və poliklinikalarımızda elektron növbə sistemlərinin tətbiqi gecikir. Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Naqif Həmzəyev deyib. 

O bildirib ki, müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkil edilməyə çalışılması effektiv deyil:

"Mygov platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəsisələrində  növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var. Ümid edirəm ki, adiyyatı qurumlar bu məsələlərin həllinə dair fəaliyyətlərini artıracaqlar".

Seçilən
46
4
adalet.az

7Mənbələr