Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Səxavət Kərimov saxlanılıb.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyi (DİN)-dən məlumat verilib.
Məlumata əsasən, onun üzərindən külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı başlanılmış cinayət işi üzrə məhkəmənin qərarı ilə S.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.