AZ

Qaradağda qəza: TƏBİB xəsarət alanların vəziyyətini açıqladı

TƏBİB dekabrın 25-də Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi xəsarət alanların vəziyyətini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərdən (4-ü qadın, 7-si kişi) 5 nəfərin müalicəsi davam etdirilir.

Onlardan 2 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

6 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində “İsuzu” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərdən 2 nəfər hadisə yerində həyatını itirib.


Telegram kanalımız
Seçilən
12
6
yenisabah.az

10Mənbələr