AZ

İsraildən Livana hücum - Ölənlər var

İsrail ordusunun Livanın şərqi və cənubundakı kəndlərə pilotsuz uçuş aparatları ilə təşkil etdiyi hücumlarda 3 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Suriya sərhədində yerləşən Havş es-Sayyid Ali kəndində bir nəqliyyat vasitəsinin dünən səhər saatlarında İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alındığını və hücumda 2 nəfərin həlak olduğunu bildirib.

İsrail ordusu, pilotsuz uçuş aparatının günorta saatlarında isə cənubda yerləşən Nəbatiyyə vilayətinə aid Safad Battih və Mecdel Silim kəndləri arasında hərəkət edən bir nəqliyyat vasitəsinə hücum təşkil etdiyini açıqlayıb. Livan Sağlamlıq Nazirliyi bu hadisədə 1 nəfərin həyatını itirdiyini bildirib.

İsrail ordusu hücumların məsuliyyətini öz üzərinə götürüb.

Seçilən
9
manset.az

1Mənbələr