AZ

Real ın Ardanın yerinə istədiyi futbolçu bilindi

Metbuat saytına istinadən ain.az xəbər verir.

“Real Madrid” keçmiş futbolçusu Niko Pası geri qaytarmaq qərarına gəlib.

Metbuat.az xəbər verir ki, futbolçunun “Komo” klubundakı uğurlu çıxışı, “Real”ın diqqətini cəlb edib. AS nəşrinin məlumatına görə, bir sıra klublar Niko Pasın xidmətində maraqlıdır. Lakin transfer üstünlüyü “Real”dadır. Bildirilir ki, klublar arasındakı razılaşmaya əsasən “Real” futbolçunu 2027-ci ilə qədər 9 milyon avroya geri qaytara bilər. Niko Pasın mümkün qayıdışı Arda Gülerin və ya digər yarımmüdafiəçilərdən birinin əsas heyətdəki yerini itirməsinə səbəb olar.

Qeyd edək ki, Niko Pas bu mövsüm 16 oyunda 5 dəfə fərqlənib və 5 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
metbuat.az

2Mənbələr