AZ

Gözlənilməz təhlükə: mavi işıq dərimizi səssizcə qocaldır…

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Biz onu təhlükə hesab etmirik. Telefon ekranında, kompüter monitorunda, gecələr sönməyən planşet işığında gizlənir. Günəşdən qorunuruq, krem çəkirik, amma ən böyük düşməni ovucumuzda daşıyırıq. Mavi işıq…

Bu işıq dərimizi yandırmır, amma xaincəsinə zəiflədir. Kollageni parçalayır, hüceyrələri yorur, dərinin gənclik yaddaşını silir. Səhərlər güzgüyə baxanda artan solğunluq, incə xətlər, səbəbi bilinməyən ləkələr - hamısı ekrana bir az da yaxınlaşmağımızın nəticəsi ola bilər.

Ən ağrılısı isə budur: bu qocalma sürətlə baş verir. Səssiz, xəbərsiz, fasiləsiz. Gecə-gündüz işıq saçan ekranlar dərimizi istirahət etməyə qoymur. Biz “bir az da baxım” deyirik, dərimiz isə hər saniyə bir az da qocalır.

Mavi işıq çağın görünməyən silahıdır. Ondan qaçmaq çətindir, amma onu tanımamaq daha təhlükəlidir. Bəlkə də artıq sual bu deyil: “Texnologiyadan istifadə edəkmi?” Sual budur: “Dərimizi bu işğaldan necə qoruyaq?”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
sia.az

2Mənbələr