Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
”Dekabrın 24-də cənab Prezident İlham Əliyevin Ağdam şəhərinə səfəri ölkəmizin bərpa və quruculuq salnaməsində növbəti əlamətdar hadisə kimi yadda qaldı”. Bu sözləri SİA-ya açıqlamasında Millət vəkili Fatma Yıldırım bildirib.
Onun sözlərinə görə, dövlət başçısının Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak etməsi, burada məskunlaşan sakinlərlə görüşərək onların qayğı və sevinclərini bölüşməsi dövlətimizin insan amilinə verdiyi ali dəyərin parlaq ifadəsidir.
Ağdamda yeni yaşayış kompleksinin istifadəyə verilməsi Böyük Qayıdış prosesinin növbəti mühüm mərhələsini təsdiqləyən əlamətdar hadisədir. Müasir memarlıq tələblərinə cavab verən, bütün sosial infrastrukturu ilə təmin olunmuş bu kompleks sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün geniş imkanlar yaradır. Bu mənzərə işğaldan azad edilmiş torpaqlarımızda həyatın sürətlə dirçəldiyini, Ağdamın yenidən bölgənin inkişaf mərkəzlərindən birinə çevrildiyini aydın şəkildə göstərir.
Bu mühüm prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Onun işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sosial-humanitar layihələrə, xüsusilə də əhalinin rifahına, yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərə daim diqqət göstərməsi Böyük Qayıdış strategiyasının insan mərkəzli xarakter daşıdığını bir daha təsdiqləyir.
Cənab Prezidentin yeni köçmüş ailələrlə səmimi söhbəti, onların problemləri və arzuları ilə yaxından maraqlanması dövlət–vətəndaş birliyinin, sosial ədalət və humanizm prinsiplərinin real təzahürüdür. Sakinlərin doğma yurdlarına qayıdışdan doğan qürur hissi bu siyasətin nə qədər doğru və məqsədyönlü olduğunu bir daha sübut edir.
Bu gün Ağdamda atılan hər bir addım cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, güclü iqtisadi potensiala və möhkəm siyasi iradəyə söykənən inkişaf strategiyasının nəticəsidir. Görülən işlər davamlı xarakter daşıyır və əminliklə demək olar ki, Ağdamla yanaşı digər azad edilmiş şəhər və kəndlərimiz də qısa müddətdə tam bərpa olunaraq regionun sosial-iqtisadi həyatında mühüm rol oynayacaq.
Ağdamın bugünkü dirçəlişi cənab Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın gücünün və xalqımızın sarsılmaz əzminin təntənəsidir”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.