AZ

“Türkiyəyə ixracat: bazara giriş prosedurları” mövzusunda seminar keçirilir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycanın istehsalçı şirkətləri, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən “Türkiyəyə ixracat: bazara giriş prosedurları” mövzusunda seminar keçirilir.

AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycan ixracatçılarına Türkiyə bazarına giriş və satış prosedurlarına dair Türkiyənin ixtisaslaşmış məsləhətçi şirkəti və sözügedən sahənin mütəxəssisləri tərəfindən müvafiq təlimlər təqdim edilir.

Seminar çərçivəsində iştirakçılara Türkiyənin gömrük sistemi, idxal və ixrac prosedurları, Türkiyədə məhsulların sertifikatlaşdırılması və uyğunluq standartları (TSE, CE, ISO), məhsulların Türkiyəyə çatdırılması ilə bağlı logistika və daşınma prosedurları, Türkiyə bazarında satış kanalları və bazara giriş strategiyaları, rəqəmsal satış imkanları və e-ticarət platformaları ilə əməkdaşlıq mexanizmləri və bir sıra başqa məsələlərlə bağlı məlumat veriləcək, müzakirələr aparılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
2
azertag.az

3Mənbələr