Yaponiya Kənd Təsərrüfatı Naziri Norikazu Suzuki cümə günü elan etdi ki, Yaponiya və Rusiya 2026-cı il üçün iki ölkənin müstəsna iqtisadi zonalarında balıqçılıq təsərrüfatının kvotaları və nomenklaturası barədə razılığa gələ bilməyiblər. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Ölkələr 1984-cü ildə özlərinin 200 millik müstəsna iqtisadi zonalarında birgə hasilat haqqında saziş bağlayıblar və o vaxtdan bəri hər il kvotaları razılaşdırır və digər balıqçılıq məsələlərini həll edirlər.
Nazirin sözlərinə görə, danışıqların perspektivləri qeyri-müəyyən olaraq qalır, lakin Yaponiya tərəfi "milli maraqları qoruyan bir nəticə əldə etmək" üçün səylərini davam etdirəcək. Agentlik qeyd edir ki, razılığın olmaması Sakit okean treskası ovlayan balıqçılıq şirkətlərinə ziyan vura bilər.
Dünən Yaponiya parlamentinin yuxarı palatasının deputatı Muneo Suzuki Moskvaya gəlib. O, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi və “Rosrıbolovstvo” rəsmiləri ilə danışıqlar aparacaq və xüsusən də Rusiya tərəfini Kuril adalarında balıq tutmağa və qəbirləri ziyarət etməyə icazə verməyə razı salmağa çalışacaq.
Almaz Həsənli