AZ

Elxanın sizin köməyinizə ehtiyacı var - FOTO 

Azyaşlı Elxan Nağıyev qan xərçəngindən əziyyət çəkir. Ona ilik köçürülməsi əməliyyatı aparılsa da, sonradan yaranan ağırlaşmalar səbəbindən səhhətində ciddi problemlər meydana çıxıb. 


Manset.az xəbər verir ki, onun atası Elturan Nağıyevin sözlərinə görə, bağırsaqlarının fəaliyyətinin dayanması Elxanın yenidən güclü və uzunmüddətli müalicəyə ehtiyac duymasına səbəb olub.

Hazırda Elxan Nağıyev Türkiyənin İzmir şəhərində müalicə alır. Həkimlər onun vəziyyətinin ağır olduğunu və müalicə prosesinin davam etdirilməsinin vacibliyini bildirirlər. Lakin müalicə xərclərinin yüksək olması ailənin maddi imkanlarını xeyli aşır.

Göstəriləcək hər cür yardım Elxanın həyatı üçün böyük əhəmiyyət daşıyır. 

Bank kartı: 5239151769689905

Əlaqə: 055 723 65 55 (Atası Elturan Nağıyev)




Manşet.az

Seçilən
4
manset.az

1Mənbələr