Türkiyə futbolunda qanunsuz mərc fəaliyyəti ilə bağlı aparılan araşdırma çərçivəsində daha 29 nəfər haqqında saxlanılma qərarı qəbul edilib.
BAKU.WS-in NTV-yə istinadla yaydığı məlumata görə, saxlanılan şəxslər arasında "Qalatasaray" klubunun keçmiş rəhbərlərindən Erden Timur da yer alır.
İstintaq çərçivəsində ümumilikdə 29 şübhəli barəsində qərar verilib ki, onlardan 14-ü peşəkar futbolçudur. Hazırda Erden Timur da daxil olmaqla 24 nəfər artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.