AZ

“McDonald’s Azərbaycan” səhm buraxmaqla kapitalını 3.2 milyon manata çatdırıb

“Mcdonald’s Azərbaycan” QSC nizamnamə kapitalını 315 795 manat və yaxud 11,1 % artıraraq 2 845 000 manatdan 3 160 795 manata çatdırılıb.

FED.az xəbər verir ki, bunun üçün yerli restoranlar şəbəkəsi dövriyyəyə hər birinin nominal dəyəri 2 845 manat olan 111 ədəd yeni səhm buraxıb.

Xatırladaq ki, “Mcdonald’s Azərbaycan” 1999-cu ildə yaradılıb, ABŞ-nin “Mcdonald’s” restoran şəbəkəsinin yerli təmsilçisidir. Şirkət Azərbaycanda “Mcdonald’s Azərbaycan” 2019-cu ilədək məhdud məsuliyyətli cəmiyyət kimi faliyyət göstərsə də, həmin tarixdən bu tərəfə qapalı səhmdar cəmiyyətə çevrilib. Hazırda şirkətin Bakıda və regionlarda 20 restoranı var ki, onlarda da 1 400-dən çox şəxs çalışır. (Banker)

Seçilən
4
1
fed.az

2Mənbələr