Bakı. Trend:
Cari ilin noyabr ayının sonuna olan vəziyyətə görə, Azərbaycandarezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard”kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla)vasitəsilə ümumilikdə 4,5 milyard manat məbləğində 70,7 milyonəməliyyat həyata keçirilib.
Bu barədə Trend-əMərkəzi Bankdan məlumat verilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədəəməliyyatların sayı 5,1 milyon və ya 13 faiz artıb, əməliyyatlarınməbləği isə 93 min manat və ya 2 faiz azalıb.
Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindənburaxılmış “MasterCard” kartları ilə aparılan əməliyyatların sayı509 min, əməliyyatların həcmi isə 50,7 milyon manat təşkiledib.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə,Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatlarıtərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmişbütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrəəməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmışkartlardan istifadə olunmaqla ölkə ərazisində aparılantranzaksiyalardır.