AZ

"Moskvada 3 otaqlı ev almışam" - Fədayə Laçın

“Moskvada 3 otaqlı ev almışam. Allah hamıya qismət etsin. Evimdə mahnı oxuya bilmirəm. Qonşular qapını döyür ki, sakit olun. Başa düşmürlər oxumağımı”.
 
Bu sözləri müğənni Fədayə Laçın canlı yayımda olarkən deyib.
 
Sənətçi Rusiyada ev alması haqda sualları təsdiqləyib.
 
Oğlu Əlhəmdən danışan ifaçı “Övladınızı niyə evləndirmirsiniz” sualına belə cavab verib:
 
“Evlənməyi oğluma buraxmışam. Elə bir anayam ki, istəyirəm oğlum seçsin, sevsin, mən də “hə” deyim. Kimi sevsə, onu da alacağam. Oğluma deyirəm, qocaldın evlənmədin. Amma yaxşı edir. Ağıllıdır, özü bilir nə edir”.
 
O, övladının şeirlərinə müğənnilərin mahnı oxuması istəyinə “Oğlum qəzəllər yazır. Füzuli kimi yazır. Nəsimi kimi yazmır ki, ona da mahnı oxusunlar (Afət Fərmanqızının İmadəddin Nəsiminin sözlərinə oxuduğu mahnını oxuyur - red.). Elə oxumasalar, yaxşıdır” reaksiyasını verib.
 
F.Laçın heç vaxt stilistlə işləmədiyini deyib:
 
“Stilistim olmayıb, olsaydı, hamı kimi zövqlü geyinib çıxardım ortalığa. Mənə necə xoşdur, elə də geyinirəm. Əsas sənətdir. Stilistlərlə işləyə bilmirəm. Onlar deyir, hamı kimi ol, saçını hamı kimi yığ. Dodağını şişirt, burnunu kəsdir, qaşını qaldır”. (Axşam.az)
Seçilən
30
2
moderator.az

3Mənbələr