AZ

Tramp: Nigeriyada İŞİD hədəflərinə qarşı hücumlar həyata keçirilib

ABŞ prezidenti Donald Tramp Nigeriyanın şimal-qərbində İŞİD terror təşkilatı ilə əlaqəli hədəflərə qarşı hücum həyata keçirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında Nigeriyanın şimal-qərbindəki hücumun əmrini verdiyini açıqlayıb.

Tramp İŞİD-in "xüsusən də xristianları" hədəf aldığını bildirib və əlavə edib ki, o, əvvəllər bu barədə xəbərdarlıq etmişdi və xəbərdarlığa qulaq asmasalar, "nəticələrinin ağır olacağını" demişdi.

Prezident Tramp terrorçuların hücumda öldürüldüyünü qeyd edib və "xristianların öldürülməsi davam edərsə" bu cür hücumların daha çox olacağı barədə xəbərdarlıq edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
turkustan.az

1Mənbələr