Dövlət Gömrük Komitəsindən Olaylar.az-a verilən məlumata görə, narkotik vasitə ölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya "kərəviz və kahı" yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.
Stasionar rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib.
Nəqliyyat vasitəsindəki 2 paletdə gömrük nəzarətindən gizlədilən, xalis təmiz çəkisi 58 kiloqram 610 qram narkotik vasitə həşiş və 89 kiloqram 705 qram narkotik vasitə-marixuana aşkar edilib.






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31