AZ

18 yaşında xərçəngdən vəfat etdi

Braziliyalı gimnast İzabel Marçiniak 18 yaşında vəfat edib.

Bu barədə Parana Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, gənc gimnast uzun müddətdir ki, limfa sisteminin bədxassəli şişi olan Hodkin limfoması ilə mübarizə aparırdı.

Qeyd edək ki, İ. Marçiniak 2021-ci il Braziliya Çempionatında çoxnövçülük üzrə qızıl medal qazanaraq ölkə çempionu adını qazanıb, eyni turnirdə top və lentlə hərəkətlərdə gümüş medallara sahib çıxıb.

"Cebheinfo.az" 

Seçilən
2
2
cebheinfo.az

3Mənbələr