BAKI, 26 dekabr. TELEQRAF
“Real Madrid” Xabi Alonsonun mümkün gedişi fonunda əvəzləyicisini tapıb.
Teleqraf ESPN nəşrinə istinadən xəbər verir ki, klub əsas komandanın baş məşqçi postu üçün B komandası“Kastilya”nı çalışdıran Alvaro Arbeloyanı əsas namizəd kimi dəyərləndirir.
Mövsümdə “kral klubu” və Alonso üçün həlledici məqam İspaniya Superkubokundakı çıxış olacaq. “Real” turnirdə yanvarın 8-də “Atletiko” ilə oyundan start götürəcək.
Qeyd edək ki, Arbeloa 2004–2006 və 2009–2016-cı illərdə “Real”ın formasını geyinib. O, futbolçu karyerasını 2017-ci ildə başa vurub, 2020-ci ildən klubun U-19 komandasında məşqçi kimi fəaliyyətə başlayıb.