AZ

“Qalatasaray”ın sabiq vitse-prezidenti saxlanıldı

BAKI, 26 dekabr. TELEQRAF

Türkiyədə “Futbolda mərc əməliyyatı” çərçivəsində keçirilən növbəti əməliyyatda aralarında futbolçular və tanınmış idman xadimlərinin də olduğu 29 nəfər saxlanılıb.

Teleqraf “NTV Spor”a istinadən xəbər verir ki, saxlanılanlar arasında “Qalatasaray” klubunun keçmiş vitse-prezidenti, iş adamı Erden Timur da var. Əməliyyatın əsas səbəblərindən biri kimi 2024-cü il oktyabrın 26-da keçirilmiş “Kasımpaşa” – “Samsunspor” matçının (1:4) nəticəsinə təsir edə biləcək şübhəli mərc oyunları göstərilir.

Prokurorluq bəyan edib ki, əməliyyat rəqəmsal sübutlar əsasında həyata keçirilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Seçilən
65
teleqraf.com

1Mənbələr