Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının layihə, dizayn və məzmun konsepsiya xidmətlərinə 1 250 800 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, xidməti “Vasconi Architectes By Thomas Schinko” şirkəti göstərəcək.
Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, “Bir mənbə metodu” tətbiq olunub.
Cabir
Tarix: 26 Dekabr 2025, 09:15