AZ

Putinin Ukraynaya hücum və Qafqaz haqda məxfi söhbəti yayıldı

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın keçmiş prezidenti Corc Buş arasında məxfi söhbətlərin mətni yayılıb.

Publika.az
xəbər verir ki, ABŞ-da qeyri-hökumət təşkilatı olan Milli Təhlükəsizlik Arxivi tərəfindən yayılmış birinci məxfi söhbət 2001-ci ilin 16 iyununa aiddir.

Putin Buşa SSRİ-nin dağılmasından danışır və bundan təəssüflənir.

“Əslində nə baş verdi? SSRİ-nin sovet xoşməramlılığı dünyanı könüllü olaraq dəyişdirdi. Rusiya minlərlə kvadratmetr ərazidən könüllü olaraq imtina etdi. Bu, görünməmiş bir şeydir. Onlar əsrlər boyu Rusiyanın tərkibində olan Ukraynadan, Qazaxıstandan, həmçinin, Qafqazdan imtina etdilər. Bunu təsəvvür etmək çətindir. Bunu partiya rəhbərləri ediblər”, - o bildirib.

6 aprel 2008-ci ilə aid olan ikinci söhbətdə Putin Buşa deyib ki, Ukrayna “parçalanmış cəmiyyətə malik süni dövlətdir” və bu ölkənin NATO-ya qəbul edilməsi Qərblə uzunmüddətli qarşıdurmaya səbəb ola bilər.

“Bu, sizin üçün yeni bir şey olmayacaq, amma vurğulamaq istəyirəm ki, Ukrayna kimi bir ölkənin NATO-ya daxil olması uzunmüddətli perspektivdə sizinlə bizim aramızda münaqişə sahəsi yaradacaq”, - o deyib.

Buş Putindən fikirlərinə aydınlıq gətirməsini istəyib. İkinci iddia edib ki, Ukrayna “süni şəkildə yaradılmış ölkə”dir.

“Ukraynada əhalinin üçdə birini təşkil edən 17 milyon rus yaşayır. Ukrayna çox mürəkkəb ölkədir. Təbii olaraq yaranmış dövlət deyil. Sovet dövründə süni şəkildə yaradılmış ölkədir. İkinci Dünya Müharibəsindən sonra Ukrayna Polşa, Rumıniya və Macarıstandan – Qərbi Ukraynanın əksər hissəsi - ərazi aldı. 1920 və 1930-cu illərdə Ukrayna Rusiyadan – ölkənin şərq hissəsindən ərazi aldı. 1956-cı ildə Krım yarımadası Ukraynaya verildi. Orada çox fərqli baxışlara malik insanlar yaşayır. Qərbi Ukraynaya getsəniz macar dilində danışan və macar papaqları geyinən kəndlər tapa bilərsiniz. Şərqdə insanlar kostyum geyinir, qalustuk taxır və böyük papaqlar qoyurlar. Ukrayna əhalisinin əksəriyyəti NATO-nu düşmən təşkilat kimi qəbul edir”, - o iddia edib.

Putin daha sonra bildirir ki, Ukraynanın NATO-ya daxil olması Rusiya üçün böyük problemlər yaradacaq.

“Bu, Rusiya yaxınlığında hərbi bazaların yaranması və yeni silah sistemlərinin yerləşdirilməsi təhlükəsi yaradır. Bu, bizim üçün qeyri-müəyyənlik və təhdiddir. Ukraynadakı NATO əleyhinə olan qüvvələrə güvənən Rusiya təşkilatı genişlənmək imkanından məhrum etməyə çalışacaq. Rusiya orada daim problemlər yaradacaq. Ukraynanın NATO üzvlüyünə nə ehtiyacı var? Bunun NATO və ABŞ-a hansı faydası var? Bunun yalnız bir səbəbi ola bilər, bu, Ukraynanın Qərb dünyasının bir hissəsi kimi statsunu təmin etməkdir. Yəqin ki, məntiq budur. Düşünmürəm ki, bu, düzgün məntiqdir. NATO üzvlüyü ilə bağlı fikir ayrılıqlarını nəzərə alsaq, ölkə sadəcə parçalanacaq. Mən həmişə demişəm ki, müəyyən bir Qərbyönümlü hissə və müəyyən bir Rusiyayönümlü hissə var”, - Putin danışır.

Putinin Buşla apardığı danışıqlar təsdiq edir ki, Rusiya hələ o vaxtdan Ukraynaya hərbi müdaxiləyə hazırlaşıb.

Asif

Seçilən
9
2
publika.az

7Mənbələr