AZ

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"S&P Global" korporasiyasının hesablamalarına görə, ABŞ bank sektorunun "böyük altılığı"nı təşkil edən "JPMorgan Chase", "Bank of America", "Citigroup", "Wells Fargo", "Goldman Sachs" və "Morgan Stanley" banklarının ümumi bazar kapitallaşması 2025-ci ilin yekunlarına əsasən 600 milyard dollar artıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb.

Məlumata görə, ilin əvvəlində adıçəkilən bankların ümumi bazar kapitallaşması 1.77 trilyon dollar təşkil etdiyi halda, hazırda bu göstərici 2.37 trilyon dollara yüksəlib.

FT-yə müsahibə verən ekspertlər bank səhmlərinin bahalaşmasını Donald Tramp Administrasiyasının siyasəti ilə əlaqələndirirlər. Bildirilir ki, bu siyasət böyük maliyyə korporasiyaları üçün tənzimləyici tələblərin azaldılmasına yönəlib.

Qeyd olunur ki, 2008-ci il maliyyə böhranından sonra ABŞ hökuməti maliyyə sektorunda tənzimləmələri xeyli sərtləşdirmişdi. Həmin dövrdə maliyyə sektorunda yaranan problemlər qlobal iqtisadiyyata da mənfi təsir göstərmişdi.

Lakin son illərdə, xüsusilə Donald Trampın hakimiyyətə gəlişindən sonra maliyyə sektoru ilə bağlı tənzimləyici qaydalar mərhələli şəkildə yumşaldılmağa başlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
oxu.az

1Mənbələr