AZ

"Mobil telefonlarda olan bakteriyalar unitazdan 18 dəfə çoxdur"

Mütəxəssislərin apardığı araşdırma mobil telefonların sanitar baxımdan ciddi təhlükə mənbəyi olduğunu ortaya qoyub.

Milli.Az xəbər verir ki, nəticələrə görə, gündəlik istifadə etdiyimiz mobil telefonların üzərindəki bakteriya sayı orta hesabla ayaqyolu oturacağındakından 18 dəfə çoxdur.

Araşdırmada telefon ekranları və arxa hissələrindən götürülən nümunələr laboratoriyada yoxlanılıb. Nəticələrdə bağırsaq bakteriyaları, stafilokoklar və müxtəlif mikroorqanizmlər aşkarlanıb. Bu bakteriyalar dəri infeksiyaları, mədə-bağırsaq problemləri və immun sistemi zəif olan şəxslər üçün risk yarada bilər.

Mütəxəssislər bildirirlər ki, telefonlar gün ərzində əllə, üzlə təmasda olur, tualetə aparılır, masaların üzərinə qoyulur və nadir hallarda dezinfeksiya edilir. Bu da bakteriyaların sürətlə çoxalmasına şərait yaradır.

Həkimlər telefonların mütəmadi olaraq xüsusi dezinfeksiyaedici salfetlərlə təmizlənməsini, tualetdə istifadədən çəkinməyi və telefonla danışdıqdan sonra əllərin yuyulmasını tövsiyə edirlər. Araşdırma bir daha göstərir ki, şəxsi gigiyena qaydalarına əməl edilməməsi gözlənilməz sağlamlıq risklərinə yol aça bilər.

Fidan
Milli.Az

Seçilən
51
1
milli.az

2Mənbələr