AZ

KİV: İsrail və Suriya tezliklə təhlükəsizlik sazişi bağlaya bilər

İsrail və Suriya tezliklə təhlükəsizlik sazişi bağlaya bilər.

"Report"un məlumatına görə, bu barədə "i24" telekanalı mənbəyə istinadən xəbər verib.

"Keçid dövründə Suriya Prezidenti Əhməd Əl Şaraaya yaxın mənbə, son həftələr Suriya və İsrailin təhlükəsizlik müqaviləsi ilə bağlı danışıqlarının əhəmiyyətli dərəcədə irəlilədiyini və sənədin tezliklə imzalana biləcəyini söylədi", - telekanal bildirib.

Onun sözlərinə görə, tərəflər uğur qazanmalarında ABŞ Prezidenti Donald Trampın köməyinə borcludurlar. Saziş tezliklə Suriya və İsrailin Avropa ölkəsindəki yüksək səviyyəli nümayəndələrinin görüşündə bağlana bilər.

Seçilən
62
1
far.az

2Mənbələr