GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qəzza zolağında İsrail ilə HƏMAS arasında münaqişə başlayandan sonra ilk dəfə Milad mərasimi keçirilib.
Globalinfo.az xəbər verir ki, mərasim məhdud miqyasda təşkil olunub.
Qəzzalı qaçqın Rami əl-Farr bildirib ki, Milad bayramı sülhə olan ümidin ifadəsi kimi qeyd olunub və məqsəd köhnə bayram ab-havasını heç olmasa qismən bərpa etməkdir.
O qeyd edib ki, tədbir geniş şəkildə keçirilməsə də, əsas məqsəd müharibənin yaratdığı travmadan əziyyət çəkən uşaqlara az da olsa, sevinc bəxş etməkdir.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.