AZ

3 yaşlı uşaq maşında yanaraq öldü TƏFƏRRÜAT/VİDEO

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Siyəzəndə 3 yaşlı uşağın avtomobildə yanaraq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. 

Globalinfo.az xəbər verir ki, ailənin yaxını hadisənin təfərrüatını danışıb.

“Maşın çöldə olub. Hüseynağa orada işləyirmiş. Bolt lazım olub, qayıdıb ki, zirzəmidən götürsün. 3-4 dəqiqənin içində gəlib, görüb ki, maşının içi tüstüdü. Uşaq qabaqda oturubmuş. Qapını açıb ki, uşaq orada yoxdu. Maşın alovlanıb, dəhşətli alov olub. Qabaqda tapa bilməyib, keçib arxa tərəfləri axtarıb, görüb ki, orada da yoxdu. Digər tərəfdən şüşəni vurub əli ilə sındırıb. Sonra qonşuların köməyi ilə arxa qapını açıblar. Görüblər ki, uşaq orda bükülü vəziyyətdədir. Baş hissəsi yanmışdı”, – deyə o əlavə edib.

Daha ətraflı “İctimai TV”nin süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
6
globalinfo.az

7Mənbələr