Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru yırtıq əməliyyatı olub.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Hər şey plana uyğun, ağırlaşma olmadan keçib", - deyə məlumatda bildirilir.
Keçmiş Braziliya prezidenti fizioterapiya və tromboz profilaktikası da daxil olmaqla reabilitasiya kursundan keçəcək.
Qeyd edək ki, Bolsonaru dövlət çevrilişinə cəhdə görə 27 illik həbs cəzasına məhkum edilib. Hazırda o, elektron qolbaq taxır.