AZ

Əlliliyi olan şəxs 12 ildir evlə təmin olunmasını gözləyir – VİDEO

Gözdən əlliliyi olan şəxs 12 ildir növbədə olsa da, evlə təmin edilmir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu iddianı 74 yaşlı Minarə Məmmədova irəli sürüb.

O bildirib ki, 50 yaşında gözü zəifləyib və birdən-birə görmə qabiliyyətini itirib. Hazırda da 1-ci qrup gözdən əliliyi var.

Minarə Məmmədova deyib ki, 1-ci qrup gözdən əlilliyi ilə bağlı evlə təmin olunmalıdır, amma 2013-cü ildən bəri gözləsə də, nəticə yoxdur.

Qızının köməyi ilə gələn qadın hazırda ağır şəraitdə yaşadığını söyləyib.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, gözdən əlilliyi olan şəxs – Minara Məmmədovanın mənzillə təmin olunması məsələsinə baxılıb və ona ikiotaqlı mənzil verilməsi nəzərdə tutulub. Proses qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
29
1
nocomment.az

2Mənbələr