Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mebel və inventarların satın alınması ilə bağlı tender yekunlaşıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma üzrə qalib kimi “Dekoriko” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.
Bağlanmış müqavilənin ümumi dəyəri 46.721,39 AZN təşkil edir.
Məlumata görə, satınalma nazirliyin inzibati və xidmət sahələrində istifadə olunacaq mebel və inventarın təmin olunmasını əhatə edir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyevdir.